“Səhifəni çevirməyin vaxtıdır. Yeni macəralara başlayıram. Bundan sonra komandanın bir nömrəli tərəfdarı olacam. 13 il qürurla xidmət etdiyim Fransa komandası hər zaman ürəyimdə xüsusi yer tutacaq və ən əziz xatirəm olaraq qalacaq”, - deyə Jiru sosial şəbəkədə paylaşım edib.
37 yaşında Olivier Jiroud 2011-ci ilin noyabrında ABŞ-a qarşı matçda (1:1) Fransa komandasında debüt etdi. Komandada keçirdiyi 13 il ərzində o, 137 oyuna çıxıb, 57 qol vurub və 15 məhsuldar ötürmə verib. Onun millidə son oyunu 2024-cü il Avropa çempionatının yarımfinalında İspaniya ilə qarşılaşma olub (1:2).